“Bu, sırf oyunumun alınmaması ilə bağlı idi” - Rəhman Hacıyev

7.10.2022 23:10 332
Premyer-liqa / Manşet
Azərbaycan derbisinin gedişində, daha doğrusu, 64-cü dəqiqədə meydana çıxan İsmayıl Züfüqarlı 86-cı dəqiqədə Rəhman Hacıyevlə əvəzləndi.

Football-plus.az xəbər verir ki, gənc futbolçu buna etiraz etdi, hətta reklam lövhəsinə təpiklə zərbə də vurdu. Belə reaksiyanın səbəbini öyrənmək üçün futbolçu ilə əlaqə saxladıq:

"Etirazım nə baş məşqçiyə, nə də əvəzlənməyimə idi. Bu, sırf oyunumun alınmaması ilə bağlı idi. Hesabda geri düşən komandama faydalı olmaq istəyirdim".