"Todoroskiyə də üzrxahlığımı çatdırmışam" - Rövlan Muradov

27.09.2022 16:54 504
Premyer-liqa / Manşet
Premyer-liqanın 7-ci turunun "Qəbələ" - "Sumqayıt" matçının 76-cı dəqiqəsində əvəzetmədən meydana çıxan Rövlan Muradov cəmi 8 dəqiqə oynadı.

Football-plus.az xəbər verir ki, 84-cü dəqiqədə "Qəbələ"nin yarımmüdafiəçisi mübarizə zamanı rəqib futbolçu Todor Todoroskiyə qarşı ciddi qayda pozuntusuna yol verərək birbaşa qırmızı vərəqə ilə meydandan qovuldu. Görəsən, həmin epizodda daha ehtiyatlı davranmaq olmazdı? Bu suala aydınlıq gətirmək üçün Rövlanla əlaqə saxladıq:

"Həmin epizodda tullanıb topa sahib olmaq istəyirdim. Bu vaxt rəqib futbolçu “sürüşmə” fəndi edərək tullanacağım yerdə dayandı. Onu əvvəlcədən görsəydim və ya hiss etsəydim, ehtiyatlı davranardım. Ona görə ayağını tapdaladım. Həmin anda ayağımı heç cür yığa bilməzdim. Yuxarıda qeyd etdiyim kimi, məqsədim topa oynamaq idi. Todoroskiyə də üzrxahlığımı çatdırmışam".


ABDULLA İSMAYILOĞLU