Futzal yığmamız qələbə ilə başladı

7.10.2022 22:25 901
Ölkə futbolu / Manşet
Futzal üzrə Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində ilk oyununu keçirib.

Football-plus.az xəbər verir ki, komandamız 6-cı qrupdakı ilk matçında Polşanı qəbul edib. Görüş futzalçılarımızın 4:3 hesablı qələbəsi ilə yekunlaşıb.

DÇ-2024 seçmə mərhələsi
20.00. Azərbaycan - Polşa - 4:3
Qollar: Xətai Bağırov, 10. Rafael Vilela, 17; 24. Bolinya, 34 - Matyuş Mrovyek, 7. Sebastyan Lesçak, 25. Kamil Surmyak, 27
Baş hakim: Aslan Qalayev
Bakı İdman Sarayı