• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

"Komandada böyük istək gördüm" - Rəşad Sadıqov

Premyer-liqa

7-10-2022, 20:0

Misli premyer-liqasında 9-cu tura start verilib.

İlk oyun günündə bir qarşılaşma keçirilib. "Zirə" "Şamaxı"nı minimal hesabla məğlub edib. Görüşdən sonra meydan sahiblərinin çalışdırıcısı Rəşad Sadıqovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

"Çox çətin oyun alındı. Futbolçulara demişdik ki, rəqib son pillədə ola bilər, amma çox əzmkardılar və bunu nəzərə almalıyıq. Komandada böyük istək gördüm. İlk hissə çox ağır keçdi. Bir neçə qol vəziyyəti yaratdıq. Sadəcə, yararlana bilmədik. Fasilədən sonra oyun sürətləndi. Standart vəziyyətdən fərqləndik. Çox vacib qələbə qazandıq. Futbolçularımı təbrik edirəm. Bu gün meydanda görmək istədiyim komanda idi. 90 dəqiqə dinamik futbol oynadıq. Bu, məni sevindirir".

- Təmkin Xəlilzadə və İlkin Muradov əsas komandaya qaytarıldı. Onların dönüşü necə baş verdi?
- Bəzi problemləri detallı şəkildə ictimaiyyətə çatrımaq olmur. Əsas səbəb istədiyim qədər istəkli olmamasıdı. Üzr istəməyiblər. Mən xoşlamıram nə özüm üzr istəyim, nə də kimsə məndən. Bəli, bilmədən nəsə edəndə ola bilər. Həvəslə məşq etmələri, son oyunda intizamlı şəkildə oynamalarından sonra mən özümü məcbur bildim ki, əsas komandaya qaytarım. Bizim üçün çox vacib oyunçulardı. Onları itirmək istəməzdim. İndi də özümü borclu bildim ki, onları komandaya qaytarım. İnanıram ki, bu proses onlar üçün faydalı olsun.

- Sizə elə gəlmir ki, Çantakias çox danışır...
- Gəlir. Biz onunla söhbət edirik. Bəzən faydası olur, bəzən yox. Həyatda, məşqlərdə çox sakitdir. Oyun başlayanda sanki bir dəliyə çevrilir. Daha səbirli, təmkinli olmalıdı.

- Keçənilki komanda ilə indikini müqayisə etsəz...
- Futbolda illəri müqayisə etmək düzgün deyil. Ən çox narahatlıq keçirdiyim həftə idi. “Şamaxı”nın oyununu təhlil etmişdik. Cavid Hüseynova uğurlar arzulayıram. Gənc komanda ilə böyük işlər görür, əzmkar mübarizə aparırlar. Onu ürəkdən təbrik edirəm. Cavidin də yeni nəsil məşqçilər sırasında özünü doğruldacağına inanıram.

- Təmkinlə İlkin transferə çıxarılmışdı, əsas komandaya qaytarıldı. Ayzayanı isə yayda göndərmişdiz...
- Fərqli məsələlərdi. Ayzaya mövsümün əvvəlində olmuşdu. Onda daha rahatdı. Yeni komanda tapmaq üçün vaxtı var idi. İlkinlə Təmkin fərqli situasiyadı. Mövsümə artrıq başlamışdıq və transfer üçün vaxt az idi. Onları əvəzedici heyətə göndərmək yox, başqa komandada çıxış etmələrini istəyirəm. Əvəzedici heyətdə canla-başla iştirak etdikdən sonra özümü məcbur bildim ki, onları komandaya qaytarım.

- Onları istəyən var idi?
- Bəli. Müəyyən danışıqlar da oldu. İlkin dedi ki, heç yerə getməyəcəm, burda qalacam.

- Sonuncu pillədə gedən komandada oynayan Cəlal Hüseynov nə dərəcədə inkişaf edə bilər?
- Qərarı Cəlalın özünə buraxmışdım. Bildirdim ki, mənə lazımdı. O, getdikdən sonra stopper transfer etdik. Getməsəydi, etməyəcəkdik. Qərarını da dəstəklədim. Bu gün yaxşı oynadı. Heç kim zəmanət verə bilməz ki, "Şamaxı" sonda olacaq. İnanıram ki, daha yuxarı pillələr uğrunda mübarizə aparacaq. Cəlala da uğurlar arzulayıram. İnanıram ki, komandamıza döndükdə, daha yaxşı vəziyyətdə olacaq.

- Uzun müddət yığma komandanın kapitanı olmusuz. De Byazinin postunda qalması barədə nə şərh verə bilərsiz?
- Baş məşqçi olmasaydım, rahat şərh verərdim. İndi hər hansı fikir bildirməyim düzgün çıxmaz. Suallardan qaçan insan deyiləm, səmimi və dürüst cavab verməyə çalışmışam. Onu əlimizdəki futbolçuları hazır saxlamaqla maksimum dəstəkləməyə çalışacağıq. Əlavə şərh verməyim düzgün olmaz.

- Qara Qarayevi yığmada görməyəndə təəcübləndiz, yoxsa "özləri bilər" dediz?
- Qara elə futbolçudu ki, "özləri bilər" deyə bilməzsən. Ən çox da bunun "Nant"la oyundan sonra olmasına görə təəəcübləndim. Həmin matça ən yaxşılardan idi. Siyahıda olmamasına təəccübləndim, mənə ağır gəldi. Son illər Azərbaycan futbolunda 4-5 futbolçu var ki, uzun müddət stabil futbol oynayır. Belə oyunçuların kənar qalması ağırdı.

- Siz də oxşar taleyi yaşamısız...
- Məndə də olub. Amma Qarada vəziyyət tam fərqlidi. Həmin vaxt onun qədər uğurlu deyildim. Qara "Qarabağ"ın aparıcı futbolçusudu. De Byazi təcrübəlidi. İnanıram ki, yaxında bu konflikti çözəcək.

- Sizcə, Maksim Medvedev millidən getməlidi?
- Maksim 1-2 il, bir neçə tsikl komandaya kömək edə bilər. Zədələnib, oyunlardan kənar qalıb. Buna qədər yüksək performans göstərirdi. Millidə də yaxşı oyunlar göstərib. Onun hələ 2-3 il milliyə faydası ola bilər. Bütün oyunları 90 dəqiqə oynamalıdı deyə bir şey yoxdur. Bu gün futbolumuzda Ruslan Abışov, Qara və Maksim kimiləri çox deyil. Komandanın içində "canavar" kimi futbolçular olmalıdı. İstəyir meydanda, istəyir meydandan kənarda.

- Sizcə, Maksimin De Byazi haqda açıqlamasından sonra onun yığmaya qapısı bağlana bilər?
- Maksim və Qara heç vaxt danışan deyil. Məqşçi ilə konfliktlərini görməmişəm. Qurban Qurbanovun rəhbərliyi alyında oynamaq asan deyil. Amma heç vaxt konflikt olmayıb. Məsələnin kökünə getmək lazımdı. İki tərəfi dinləmədən hökm vermək bizə yaraşmaz. İstəyərəm ki, tezliklə problem çözülsün. Hər ikisi önəmli şəxsiyyət və futbolçulardı.

Paylaş:
Digər xəbərlər

Premyer-liqa

7-10-2022, 20:0

"Ağır oyun olacağını bilirdik" - Vüqar Əsgərli

Premyer-liqa

11-09-2022, 23:0

"Oyuna yenidən baxmaq lazımdı" - Murad Musayev

Premyer-liqa

11-09-2022, 21:0

"Bura qədər çox xallar itirmişdik" - Vüqar Əsgərli

Premyer-liqa

18-09-2022, 21:0

"İstədiyim futbolu komandadan ala bilmirəm" - Tərlan Əhmədov

Premyer-liqa

16-09-2022, 21:0

"Dəyişiklikdən sonra kuryoz qol alındı" - Artur Olenin

Premyer-liqa

4-09-2022, 23:0

"Geridönüş etmək xarakter və ustalıq tələb edir" - Rəşad Sadıqov

Aktual
KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
"Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
“Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
“Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
“Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
Son xəbərlər
  • Dünən, 23:57
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 23:26
    Erməni güləşçilər Bakıya gələcək
  • Dünən, 23:19
    Gözlənilən təyinat rəsmən açıqlandı
  • Dünən, 23:00
    "Çox keyfiyyətli oyunçular transfer etmişik" - Valdas Dambrauskas
  • Dünən, 22:29
    "Müdafiə olunmağa məcbur idik" - KuPS-un baş məşqçisi
  • Dünən, 21:58
    "Sabah"dan minimalhesablı qələbə - YENİLƏNİB
  • Dünən, 20:11
    ''Aston Villa''nın sabiq ulduzu Duranın geri dönməsini istəmir
  • Dünən, 19:40
    KuPS “Sabah”ın üç təhlükəli futbolçusunun adını açıqladı – rəqibi “gecənin favoriti” adlandırdı
  • Dünən, 19:20
    "Sabah" - KuPS: START HEYƏTLƏRİ
  • Dünən, 19:09
    "Bu komandanın müdafiəsini yarmaq mümkündü" - Aslan Kərimov
  • Dünən, 18:31
    “Sabah” 2-ci təsnifat mərhələsində də favoritdi - əmsallar bəllidi
  • Dünən, 18:10
    “Zirə” “Qarabağ”ın böyükhesablı qələbəsinin şahidindən asılıdı
  • Dünən, 17:58
    KuPS “Sabah” haqda 10 fakt tapdı – “bayquşlar”la finləri nə birləşdirir?
  • Dünən, 17:37
    ''Qalatasaray''ın həbsdə olmuş futbolçusuna iki təklif gəlib
  • Dünən, 17:06
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:35
    "Zİrə" kot-d’İvuarlı hücumçu transfer etdi
  • Dünən, 16:09
    “Məhəbbətdən nifrətə bir addım var, hər şeyə hazır olmaq lazımdı” – Yuri Vernidub
  • Dünən, 15:54
    “Çox böyük motivasiyamız var, hazırda “Braqa”nı və ya başqa komandaları düşünmürük” – Emin Mahmudov
  • Dünən, 15:24
    ''Çelsi'' ''Fənər''in üzvünü transfer edə bilər
  • Dünən, 14:53
    "Şəfa" kanadalı vinger aldı
  • Dünən, 14:31
    "Çatışmayan məqamlar var" - Azər Məmmədov
  • Dünən, 14:00
    ÇSKA Bakıya azarkeş gətirməyə risk etmədi – cəmi 50 nəfər...
  • Dünən, 13:41
    “İmişli” böyükhesablı qələbə qazandı
  • Dünən, 13:34
    "Qəbələ" nigeriyalı futbolçu aldı
  • Dünən, 13:17
    "Sabah" - KuPS matçına neçə bilet satılıb? - sən də al!
  • Dünən, 12:57
    "Ümumilikdə hər şey planlaşdırdığımız kimi keçdi" - Cavid Hüseynov
  • Dünən, 12:26
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Dünən, 11:55
    Bruno Franko daha bir il "Araz-Naxçıvan"da
  • Dünən, 11:34
    "Qarabağ"ın iştirak ərizəsi açıqlandı
  • Dünən, 11:13
    "Monpelye"nin yetirməsi "Turan Tovuz"da
  • Dünən, 10:52
    Mahir Emreli beş ildən sonra Polşaya qayıtdı - yeni Vəli Qasımov ola bilmədi...
  • Dünən, 10:31
    "Qarabağ" zirvədə, "Sabah" 15-ci pillədə
  • Dünən, 10:00
    "Araz-Naxçıvan"dan böyükhesablı qələbə
  • 20-07-2026, 23:0
    Doğma klubuna qayıtdı
  • 20-07-2026, 22:0
    Klubu ilə yenidən anlaşdı
Daha çox
Oxunub: 239
“Vestri” – “Qarabağ” matçını “CBC Sport” göstərməyəcək? – son durum açıqlandı
Oxunub: 229
“Toral məndən “abi, bu, yoxlama oyunu deyilmi?” deyə soruşdu” – Bayramovu təəccübləndirən hadisə
Oxunub: 186
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 163
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə