Di Mariya ilə bağlı qərar verildi

29.09.2022 09:57 340
Dünya futbolu
Anxel Di Mariyanın aqibəti müəyyənləşib.

Football-plus.az xəbər verir ki, “Yuventus”un təcrübəli futbolçusu A seriyasında qarşıdakı iki oyunu buraxacaq.

Argentinalı yarımmüdafiəçi bu liqanın “Montsa” ilə görüşdə (0:1) rəqib futbolçu Armando İtsonun qarnına dirsəyi ilə vurduğu üçün cəzalandırılıb. Di Mariya oktyabrın 2-də “Bolonya”, okyabrın 8-də isə “Milan”la keçiriləcək matçlarda komandasına kömək edə bilməyəcək.