Millimiz Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını geridə qoydu

6.10.2022 12:54 563
Yığma
Milli komandaların FİFA reytinqi açıqlanıb.

Football-plus.az xəbər verir ki, Azərbaycan yığması siyahıda irəliləyib. Canni De Byazinin komandası dünyanın 123-cüsüdü.

Yığmanın hesablnda 1146,72 əmsal var. Canni de Byazinin yetirmələri ötən cədvəllə müqayisədə 19,55 əmsallıq qazancla 5 pillə irəliləyib.

Buna millimizin qələbələri səbəb olub. Yığmamız Millətlər Liqasında Slovakiyanı 2:1, Qazaxıstanı 3:0 hesabı ilə məğlub edib. Komandamız 5 ölkəni - Malavi, Zimbabve, Qambiya, Toqo və Komor adalarını keçib.

Qardaş Türkiyə yığması 1460,14 əmsalla 45-cidi. “Ay-ulduzlular” ötən cədvəllə müqayisədə üç pillə geriləyib.

Qeyd edək ki, cədvələ 1831,30 əmsalla Braziliya başçılıq edir.