19 yaşadək qızlardan ibarət komandalar arasında Avropa çempionatının ilkin seçmə mərhələsində Azərbaycan millisi bu gün ilk oyununu keçirib.
Xorvatiyanın Poreç şəhərindəki “Veli Joze” stadionunda Monteneqro yığması ilə qarşılaşan komandamız 1:2 hesabı ilə məğlub olub. Millimizin heyətində 17-ci dəqiqədə Edanur Mutlu fərqlənib. Komandamız qrup mərhələsində növbəti oyununu oktyabrın 7-də Kipr yığmasına qarşı keçirəcək.