AFFA millinin baş məşqçisi ilə yolları ayırdı

4.10.2022 12:31 4 153
Yığma / Günün xəbəri
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Miloş Velebitin taleyinə aydınlıq gəlib.

“Football-plus.az” saytına daxil olan məlumata görə, serbiyalı mütəxəssis dünən AFFA-nın baş katibi Sərxan Hacıyevlə görüşüb. Qurum rəsmisinə hesabatını təqdim edib, yığmanın gələcəyi müzakirə olunub. Yekunda AFFA rəhbərliyi ilə serbiyalı arasında anlaşma olmayıb. Bu səbəbdən də Velebitin U-19-dakı işinə son qoyulub.

Qeyd edək ki, 42 yaşlı mütəxəssisin müqaviləsinin müddəti dekabrda başa çatır.

İLKİN SULTANLI