İngiltərə klubu baş məşqçisini göndərdi

3.10.2022 09:55 410
Dünya futbolu
"Vulverhempton"da baş məşqçi Bruno Laje ilə yollar ayrılıb.

"Footbal-plus.az" xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb. Portuqaliyalı mütəxəssis uğursuz nəticələrə görə vəzifəsindən göndərilib.

"Vulverhempton" çempionatda 8 oyuna 6 xal toplayıb. "Canavarlar" turnir cədvəlində 18-ci sıradadı.