Mahir oynamadı, komandası qalib gəldi

2.10.2022 11:40 417
Ölkə futbolu
Xorvatiya çempionatında 11-ci turun oyunları keçirilir.

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Dinamo" doğma meydanda "Slaven"lə qarşılaşıb. Matç Zaqreb təmsilçisinin 4:1 hesablı qələbəsiylə başa çatıb.

Emreli görüşdə iştirak etməyib. O, sonadək ehtiyat oyunçular skamyasında əyləşib.