Krivotsyuk oynadı, "Visla" qələbə qazandı

1.10.2022 11:07 356
Dünya futbolu
Polşa çempionatında 11-ci turun oyunları keçirilib.

Football-plus.az xəbər ki, Anton Krivotsyukun formasını geyindiyi “Visla” (Plotsk) da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Pyast”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Krivotsyuk da görüşün iştirakçısı olub. Millimizin üzvü start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb.

“Visla” 11 turdan sonra 20 xalla 18 iştirakçı arasında 1-ci pillədə qərarlaşıb.