Kriştiano Ronaldo bir neçə ay əvvəlki davranışına görə rəsmi ittihamla üzləşib.
“Mançester Yunayted”in hücumçusu İngiltərə premyer-liqasında aprelin 9-da keçirilən “Everton”la oyundan (0:1) sonra nalayiq və aqressiv hərəkəti ilə yadda qalmışdı.
O, ötən mövsüm ölkə çempionatının 32-ci turunun matçı başa çatdıqdan sonra azarkeşlərdən birinin telefonunu sındırmışdı. Portuqaliyalı futbolçu paltardəyişmə otağına gedən zaman azyaşlı fanatlardan biri telefon tutduğu əlini ona uzatmış, Kriştiano onun əlini itələyən vaxt telefon yerə düşmüşdü. Ulduz futbolçu daha sonra bu hadisəyə görə üzr istəmiş və oğlanı MY-nin növbəti ev oyununa dəvət etmişdi. Ancaq qarşı tərəf – uşaqla anası bu təklifi qəbul etməmişdi.
Qeyd edək ki, yerli mənbələr Mersisayd polisinin zədələnən telefonun təmirini maliyyələşdirdiyini xəbər vermişdi. “Sky Sports” telekanalının xəbərinə görə, İngiltərə Futbol Assosiasiyası bu hadisəni yalnız indi araşdırmaq qərarına gəlib və Ronaldoya ittiham irəli sürüb.
Ronaldonun telefonunu sındırdığı 14 yaşlı autizmli uşağın anası Sara Kelli onun cəzalandırılmasını istəyir. O, bu barədə “Mirror” qəzetinə açıqlamasında belə deyib: