• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Ronaldo autizmli uşağa xəsarət yetirdi, anası üzr istəməsini tələb edir

Dünya futbolu

12-04-2022, 13:0

“Mançester Yunayted”in Liverpulda “Everton”a uduzması (0:1) Kriştiano Ronaldonu bərk əsəbiləşdirib.

Ulduz futbolçu bütün hirsini yerli azarkeşdən çıxıb.

Ronaldo matç sona çatandan sonra tribunanın qarşısından keçərkən hansısa əşyanı yerə tullayıb. “Sky Sports”un şahidlərə istinadən yaydığı məlumatda həmin əşyanın azarkeşə məxsus mobil telefon olduğu bildirilib. Portuqaliyalı hücumçu paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona tərəf uzadıb. 37 yaşlı Kriştiano fanatın əlini itələyən vaxtı telefon yerə düşüb.

O, az sonra özünün “instaqram” hesabı vasitəsi ilə baş verən hadisəyə görə üzr istəyib:

“Belə çətin anlarda emosiyaların öhdəsindən gəlmək həmişə çətindi. Bu gözəl oyunu sevən gənclərə hər zaman hörmət etməli, səbirli davranmalı və nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyirəm. Dürüstlük və idman prinsipləri əlaməti olaraq həmin azarkeşi “Old Trafford”dakı matça dəvət etmək istərdim”.


Ronaldonun əsəblərinə hakim ola bilməməsi səbəbsiz deyil. Onun komandasının Çempionlar Liqasına son vəsiqə verən 4-cü yeri tutmaq şansı bir qədər də azalıb. Üstəlik, Kriştianonun cari mövsümü titulsuz başa vuracağı da dəqiqləşib. Onun “Everton”la matçda ayağından bir neçə dəfə xəsarət alması və meydanı baldırı qana boyanmış halda tərk etməsi də hədsiz qəzəblənməsinə səbəb olub.

MY rəhbərliyi ulduz futbolçunun iştirakı ilə bağlı epizodu araşdırır. İngiltərə Futbol Assosiasiyasının müvafiq komitəsi də təhqiqata başlayıb. Ən əsası, Liverpul şəhərinin Mersisayd rayonunun polis idarəsi də təhqiqat aparır. Bunun üçün isə əsas var. Kriştiano 14 yaşlı Ceykob Hardinqə xəsarət yetirib. Autizmdən əziyyət çəkən yeniyetmənin anası övladının əlinin göyərdiyini bildirib. Polis idarəsinin yaydığı məlumatda belə deyilir:

“İnsidentlə bağlı xəbər yayılandan sonra “Everton” və “Mançester Yunayted” ilə təmaslar qurulub. Polis hazırda araşdırma aparır. Zabitlər epizodun videomüşahidə kameraları vasitəsilə dəyərləndirilməsi üçün “Everton”la birlikdə işləyirlər. Hüquq pozuntusu faktının dəqiqləşdirilməsi üçün şahidlərin ifadəsi də alınır”.


“Qudison Park”dakı matçı oğlu Ceykob ilə birgə izləyən Sara Kelli jurnalistlərə belə açıqlama verib:

“Yunayted”lilər final fitindən sonra meydanı tərk edirdilər. Biz düz paltardəyişmə otağına aparan tunelin yanında əyləşmişdik. Oğlum telefonu ilə rəqib futbolçuları çəkirdi. Ronaldo qarşımızdan keçəndə Cey daha yaxından çəkmək üçün telefonu bir qədər aşağı saldı. Çünki Kriştiano getrini aşağı çəkməyə başladı. Onun ayağından qan axırdı. Oğlum onun ayağını lap yaxından çəkmək istədi. Ronaldo yanımızdan keçəndə dəhşətli görünüşə malik idi. Telefonu oğlumun əlindən vurub yerə saldı və yola davam etdi. Ceyin əlindəki yaraya baxa bilərsiniz. Bu haqda danışdığıma, sadəcə, inana bilmirəm... Bir andaca ağlamağa başladım. Bu epizod məni sarsıtmışdı. Ceykob isə şok içində idi. Onun autizm (üç yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrar davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən xəstəlik) və dispraksiya (yöndəmsiz uşaq sindromu da adlanan bu xəstəlik insanda tarazlıq və çətin hərəkətləri edə bilməmək problemi yaradır) problemləri var. Bu səbəblərdən stadionda baş verən hadisəni yalnız biz evə gələndən sonra anlaya bildi. Oğlum həyatında ilk dəfə oyunu stadiondan izlədi. Onu bir də futbol matçına aparmaq çox çətin olacaq. Çünki hadisə Ceyi çox məyus edib...”


Ananın bu fikirləri də maraqlıdı:

“Ronaldo kumirdi. Hə, “Everton”da oynamır, amma çox vacib futbolçudu. Oğlum matçdan əvvəlki günlərdə daim “orda Ronaldo da olacaq” sözlərini təkrarlayırdı. O isə bizim xoş keçən əhvalımızı bir hərəkəti lə korladı. Autizm problemi olan uşaq futbolçunun kobud hücumuna məruz qaldı. Onun üzrxahlığı, daha dəqiq desəm, üzr istəməməsi məni lap əsəbiləşdirdi. Yaxşı, sosial şəbəkəyə nəsə yazmısan, amma sən birbaşa oğlumdan üzr istəməlisən. Bunu etsəydin, sakitləşərdim. MY-nin bizimlə əlaqə qurulmasıyla bağlı heç bir açıqlama verməməsi də məni şoka saldı. Ronaldo isə öz növbəsində oğlumu “Old Trafford”dakı matça dəvət etmək istəyir. Məncə bu, çox kobud səslənir. “Everton”un fanatıyıq, bizim MY-nin oyununda nə işimiz var? O, “bu azarkeş” sözünü yazıb, həmin azarkeşin hansı kluba dəstək verdiyini göstərməyib. Bu, çox-çox zəif üzrxahlıqdı...”

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-04-2022, 14:0

Titulsuz qalan Ronaldodan azarkeşə qarşı nalayiq hərəkət - FOTO + VİDEO

Dünya futbolu

15-04-2022, 12:0

Ronaldodan polisə şikayət edildi

Dünya futbolu

16-05-2022, 21:0

Ten Haq Ronaldonu komandada saxlamaq istəyir

Dünya futbolu

8-05-2022, 19:0

Ronaldo Fergüssonla görüşdü

Aktual
“Qarabağ” yoxlama oyunu keçirəcək?
“Dinamo”da kimlər var?
“Sabah” Maludanın mövqeyini onu da gətirdi!
“Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
“Kimisə günahlandırmaq düzgün deyil” – “Qartallar” məğlubiyyətlə barışdı
Son xəbərlər
  • Dünən, 23:59
    Doğma klubuna qayıtdı
  • Dünən, 22:50
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 22:10
    “Qarabağ” yoxlama oyunu keçirəcək?
  • Dünən, 21:41
    "İmişli" "Sumqayıt"ı darmadağın etdi
  • Dünən, 21:10
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 20:40
    Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Dünən, 20:00
    Ramilin yeni klubu açıqlandı
  • Dünən, 19:31
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 19:00
    "Turan Tovuz"dan böyükhesablı qələbə
  • Dünən, 18:26
    Birmingemdən Londona yollandı
  • Dünən, 17:55
    "Sumqayıt" hücumçu transfer etdi
  • Dünən, 17:25
    "Zirə" Konate ilə vidalaşdı
  • Dünən, 16:54
    Yaşıl meydana oktyabrda dönəcək
  • Dünən, 16:23
    "Qarabağ"ın potensial rəqibi məlum oldu
  • Dünən, 15:57
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 15:26
    "Sabah" "Orhus"a uduzsa, "Benfika" ilə qarşılaşa bilər
  • Dünən, 15:00
    Millimizin rəqibləri məlum oldu
  • Dünən, 14:41
    “Dinamo”da kimlər var?
  • Dünən, 14:10
    "Sabah"ın potensial rəqibi bilindi - ÇL
  • Dünən, 13:37
    “Sabah” Maludanın mövqeyini onu da gətirdi!
  • Dünən, 13:16
    "Sabah"ı Avropa Liqasında kimlər gözləyir? - "Benfika", "Beşiktaş", ÇSKA...
  • Dünən, 12:57
    Ölkəmizi Avropa Kubokunda təmsil edəcək cüdoçular - SİYAHI
  • Dünən, 12:35
    Pakistan millisinin kapitanı "Qarabağ"da - RƏSMİ
  • Dünən, 12:10
    Ehtiram Quliyev Bakıda Əziz Yıldırımla görüşdü
  • Dünən, 11:45
    "Qarabağ"ın potensial rəqibləri azaldı
  • Dünən, 11:15
    "Sabah"ın potensial rəqibi bəlli olur
  • Dünən, 10:56
    “Sabah”ı pley-offdan ayıran son maneə - “Orhus”
  • Dünən, 10:30
    AFFA yeni mövsüm üçün hakimləri açıqladı - SİYAHI
  • Dünən, 10:00
    “Sabah” “İberiya”ya vermişdi, amma “Veres”də oynayacaq
  • Dünən, 00:20
    Mahir "Rakuv"da yenə qol vurdu
  • Dünən, 00:09
    PFL rəsmisindən premyer-liqanın sponsoru ilə bağlı açıqlama – nə vaxt bilinəcək?
  • 2-08-2026, 23:0
    Ramik yeni mövsümə qolla başladı!
  • 2-08-2026, 22:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 2-08-2026, 22:0
    Almaniyada klubunu dəyişdi
  • 2-08-2026, 21:0
    ''Fənər''in rəsmisi portuqaliyalı ulduz üçün Milana yollandı!
Daha çox
Oxunub: 360
Qurban Qurbanovdan Sofiya səfəri ilə bağlı gözlənilməz qərar – o, qələbənin açarını tapıb?
Oxunub: 220
“Bu səbəbdən ona oyunlarda şans vermirəm” – Abbas Hüseynovun taleyi bəlli oldu
Oxunub: 178
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 162
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 156
ÇSKA-nın stadionunda 72 saatda üç oyun keçiriləcək – ot örtüyü “Qarabağ”a problem yarada bilər!
Oxunub: 131
“Bu mövzu ilə bağlı sualları Cavid Hüseynova ünvanlamaq daha doğru olar” – “Cəbrayıl” niyə satıldı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə