Klub rəhbərliyi ulduz futbolçunun iştirakı ilə bağlı olan epizodu araşdırır. Ronaldo matç sona çatandan sonra tribunanın qarşısından keçərkən hansısa əşyanı yerə tullayıb. “Sky Sports”un şahidlərə istinadən yaydığı məlumatda həmin əşyanın azarkeşə məxsus mobil telefon olduğu bildirilib. Portuqaliyalı hücumçu paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzadıb. 37 Kriştiano fanatın əlini itələyən vaxtı telefon yerə düşüb.
O, az sonra özünün “instaqram” hesabı vasitəsi ilə baş verən hadisəyə görə üzr istəyib:
“Belə çətin anlarda emosiyaların öhdəsindən gəlmək həmişə çətindi. Bu gözəl oyunu sevən gənclərə hər zaman hörmət etməli, səbirli davranmalı və nümunə olmalıyıq. Çılğınlığıma görə üzr istəyirəm. Dürüstlük və idman prinsipləri əlaməti olaraq həmin azarkeşi “Old Trafford”dakı matça dəvət etmək istərdim”.

Ronaldonun əsəblərinə hakim ola bilməməsi səbəbsiz deyil. Onun komandasının Çempionlar Liqasına son vəsiqə verən 4-cü yeri tutmaq şansı bir qədər də azalıb. Üstəlik, Kriştianonun cari mövsümü titulsuz başa vuracağı da dəqiqləşib.
