Ronaldo məşqlərə başladı

21.04.2022 18:19 465
Dünya futbolu
“Mançester Yunayted”in ulduz futbolçusu Kriştiano Ronaldo məşqləri bərpa edib.

Portuqaliyalı hücumçu dünən klubun bazasına gedib və məşqdə iştirak edib. Xatırladaq ki, aprelin 18-də Ronaldo yeni doğulan əkiz övladlarından birinin vəfat etdiyini açıqlamışdı. Bu səbəbdən 37 yaşlı futbolçu İngiltərə premyer-liqasının 30-cu turunun “Liverpul”la matçını (0:4) buraxmışdı.