Şikayətçi həmin yeniyetmənin anası Sara Kellidi. Xatırladaq ki, Ronaldo premyer-liqanın 32-ci turunun “Everton”la matçından (0:1) sonra paltardəyişmə otağına gedən zaman azarkeşlərdən biri telefon tutduğu əlini ona uzatmış, 37 yaşlı oyunçu isə fanatın əlini itələyən vaxtı telefon yerə düşərək sınmışdı. Ronaldo hadisəyə görə sosial şəbəkə vasitəsilə üzr istəmiş və onu “Mançester Yunayted”in ev oyununa dəvət etmişdi.
Lakin zərərçəkənin anası belə üzrxahlığı və dəvəti qəbul etmir. Kelli polisə şikayətinə belə şərh verib:
“Mançester Yunayted” də bu məsələyə düzgün reaksiya vermədi. Düzünü desəm, onlar vəziyyəti daha da pisləşdirdilər. Küçədə kimsə bizə hücum etsə, sonra da bizi yeməyə dəvət etsə, təbii ki, razılaşmazdıq. Bu, bizə nə üçün lazımdı? Sadəcə, həmin hərəkəti Kristiano Ronaldo etdiyinə görə? Sanki ona borcluyuq. Bağışlayın, amma bu, belə deyil. Biz “Yunayted”in oyununa dəvəti nəzakətlə rədd etdik, çünki oğlum Ceykob ora getmək və Ronaldonu görmək istəmir. Məsələ artıq polisin araşdırmasına bağlıdı. İndi deyə biləcəklərim yalnız bunlardı”.


