Benzema 16 ildən sonra anti-rekorda imza atdı

21.04.2022 10:47 530
Dünya futbolu
Dünən İspaniya La Liqasının 33-cü turunda "Real" səfərdə "Osasuna"nı 3:1 hesabı ilə məğlub edib.

Oyunu maraqlı edən məqamlardan biri Madrid təmsilçisinin hücumçusu Kərim Benzemanın ardıcıl 2 penaltini qaçırması olub. Son 16 ildə La Liqada belə hadisə yaşanmaşdı.

Maraq üçün qeyd edək ki, 2006-ci ilin aprelində keçirilən "Espanyol" - "Betis" matçında Raul Tamudo da ardıcıl iki penaltini qaçırmışdı.