“İnter”də vəziyyət getdikcə pisləşir.
Son nəticələrdən narazı olan azarkeşlər klubun prezidenti Stiven Çjanın istefasını tələb ediblər. Onlar cümə günü sosial şəbəkələrdə kütləvi şəkildə klubun prezidentinə “Çjan, çıx get!” tələbini ünvanlayıblar.
Hazırda Simone İnzaqinin komandası A seriyasının turnir cədvəlində 7 oyuna 12 xalla 7-ci yeri tutur. “İnter” Çempionlar Liqasının qrup mərhələsində 2 oyuna 3 xal toplayıb.