Rodriqo "Real"a inanır

21.09.2022 23:55 433
Dünya futbolu
"Real"ın hücumçusu Rodriqo komandanın çıxışı haqqında açıqlama verib.

O, Madrid klubunun La Liqa və Çempionlar Liqasını yenidən qazana biləcəyini düşünür:

“La Liqa və Çempionlar Liqasında qalib olmaq (keçən mövsüm) mənə böyük sevinc bəxş etmişdi. Amma Çempionlar Liqasını qazanmaq mənim üçün daha xüsusi idi.

Düşünürəm ki, bu mövsüm yenidən La Liqa və Çempionlar Liqasını qazana bilərik. Məncə, biz bunu edə bilərik”.