UEFA yeni turnir keçirməyi planlaşdırır.
"Football-plus.az" xəbər verir ki, bu turnir mövsüm öncəsi baş tutacaq. Məlumatı "Associated Press" yayıb. Yaxın günlərdə qitənin ali futbol qurumu tərəfindən rəsmi açıqlama ediləcəyi bildirilib.
Turnirdə 4 komanda iştirak edəcək. Bunlar Çempionlar Liqasının qalibi və finalçısı, Avropa Liqası və Konfrans Liqasının qalibləri olacaq. Turnirin Avropadan kənarda, ABŞ-da baş tutacağı qeyd olunub.