23 yaşlı sürücü sabiq komandasının ona maaş borcu qaldığı üçün bu addımı atıb. "Haas" Mazepinlə müqaviləni Rusiyanın Ukraynaya hərbi müdaxiləsi üzündən pozub. Pilot bildirib ki, yollarını ayırdığı vaxt bu il üçün maaş borcu qalıb və hələ də ödənilməyib. Onun fikrincə, komanda müqavilə öhdəliklərini yerinə yetirməyib.
Digər tərəfdən, Mazepin "Haas"la titul sponsoru, atası Dmitri Mazepinə məxsus "Uralkaliy" şirkətinin də müstəqil müqaviləsinin olduğunu xatırladıb:
"Titul sponsoru ilə müqavilənin pozulmasının komandadakı gələcəyimə birbaşa təsiri olmayıb. Yəni onlar ayrılıqda iki qərar qəbul ediblər. Mən öz pulumu görməmişəm. Buna görə də məhkəməyə üz tuturuq. Bu mənim şəxsi işimdi. Artıq sənədlər verilib".
