Sebastyan Kel bu yay “Mançester Siti”yə satılan Erlinq Holann ilə vaxtında vidalaşdıqlarını düşünür.
Dortmund “Borussiya”sının idman direktoru norveçli hücumçunun ötən mövsüm həm klub, həm də komandada problemə səbəbkar olduğunu gizlətməyib:
“Erlinqin komandamızdakı uğurlu oyununa böyük dəyər veririk. Amma bu da var ki, o, sıralarımızda olduğu son mövsümdə həm klubda, həm də paltardəyişmə otağında problemə çevrilmişdi. Bunu nəzərə alarkən onun satışı üçün seçilən vaxtın ideal olduğunu deməliyəm. O, oyun tərzi ilə bizə olduğu kimi “Mançester Siti”yə də uyğundu. Bu mövsüm komandamızın ilk 10 qolunu 10 müxtəlif oyunçumuz vurub. Bu, Holannı satmaq qərarımızın doğruluğunun sübutudu”.