Dünya çempionu B seriyasında çalışacaq?

20.09.2022 18:40 299
Dünya futbolu
Fabio Kannavaro vətənində çalışacaq.

Bunu TMW agentliyi xəbər verib. İtaliya yığması ilə DÇ-2006-nın qalibi olan sabiq müdafiəçinin “Benevento” ilə ikiillik müqavilə ilə bağlı razılığa gəldiyi bildirilib. Bu komanda hazırda B seriyasında 6 oyuna 7 xalla 13-cü yerdədi. Kannavaronun 2021-ci ilin sentyabrında “Quançjou Everqrand”dan (Çin) ayrılandan sonra işsiz olduğunu da bildirək.