 
Norveç idmançıları nüfuzlu beynəlxalq yarışlardan kənarlaşdırıla bilər.
Football-plus.az xəbər verir ki, buna səbəb ölkənin Antidopinq Agentliyinin beynəlxalq antidopinq məcəlləsi üzrə öhdəlikləri yerinə yetirməməsidi. Ümumdünya Antidopinq Agentliyi (WADA) Norveçdə 15-18 yaş arası yetkinlik yaşına çatmayan idmançıların dopinq-testən keçirilməsi ilə bağlı qanundan narazıdı. Valideynlərin razılığı olmadan onlardan analiz götürülə bilməz. Son iki il ərzində heç bir azyaşlı dopinq zabitinin səfəri ilə bağlı xəbərdarlıq almadan test verməyib. WADA-nın qanunvericiliyinə görə isə istənilən dopinq-test xəbərdarlıq edilmədən keçirilməlidir və burda istisnaların siyahısı məhduddu. İddiaya görə, WADA-nın Norveçə qarşı ilkin sanksiyaları cərimə və ya ölkənin təşkilatda vəzifə tuta bilməməsi şəklində ola bilər.
Lakin 2023-cü ildə Ümumdünya Antidopinq Agentliyinin qaydalara əməl etmədiyinə görə Norveçin bütün idman növlərinə sanksiya tətbiq edə biləcəyi də istisna olunmur. Skandinaviya ölkəsinin Olimpiya Oyunları, dünya çempionatı və Avropa çempionatlarında iştirakına, həmçinin həmin yarışları keçirməsinə qadağa qoyula bilər.