PSJ-nin futbolçusu Marko Verratti zədələnib.
Liqa 1-in 8-ci turunun "Lion"la səfər matçında (1:0) xəsarət alan yarımmüdafiəçi zədə səbəbindən İtaliya yığmasının düşərgəsində yer almayacaq.
Qeyd edək ki, İtaliya yığması Millətlər Liqasında sentyabrın 23-də İngiltərə, 26-da isə Macarıstanla qarşılaşacaq.