"Həm müdafiədə, həm də hücumda problemlərimiz var." - Baqa

17.09.2022 21:58 409
Premyer-liqa
"Sumqayıt"ın baş məşqçisi Aleksey Baqa Misli premyer-liqasının 7-ci turunda "Qəbələ"yə uduzduqları matçdan sonra fikirlərini bildirib.

"Footbal-plus.az" xəbər verir ki, "CBC Sport"a danışan mütəxəssis 0:1 hesabıyla başa çatan görüşü belə şərh edib:

"Mövsümə yaxşı start vermədik. Bu matça da yaxşı başlamadıq. Qapımıza gələn ilk top qolla nəticələndi. Görünür ki, həm müdafiədə, həm də hücumda problemlərimiz var.

Taktiki planda səhvlik olduğunu deməzdim. Hücum edirik, qol imkanları yarada bilirik".