"Qarabağ" "Trabzonspor"un hücumçusunu transfer edə bilər

5.09.2022 10:02 431
Ölkə futbolu / Avropa Liqası
"Qarabağ" Türkiyənin "Trabzonspor" klubunun futbolçusu Fode Koyta ilə maraqlanır.

"Football-plus.az" xəbər verir ki, bu barədə "61saat" nəşri məlumat yayıb.

Qvineyalı hücumçu bundan əvvəl Super Liqada çıxış edən "Hatayspor" və "Giresunspor"dan təklif alıb. Forvard təkliflərə müsbət yanaşmır.

Koyta 2021-ci ilin yayından "Trabzonspor"da çıxış edir. O, Qaradəniz təmsilçisi ilə 21 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Türkiyə klubu 31 yaşlı hücumçu ilə yollarını ayırmaq istəyir. Koytanın klubla müqaviləsi 2024-cü ilin yayına qədərdi.