Daha 3 il "Trabzonspor"da

9.09.2022 14:33 301
Dünya futbolu
Son Türkiyə çempionu “Trabzonspor” baş məşqçisi Abdulla Avcı ilə müqavilənin müddətini artırıb.

"Football-plus.az" xəbər verir ki, bunu türkiyəli mütəxəssis özü açıqlayıb. O, Avropa Liqasının qrup mərhələsində "Ferentvaroş"a səfərdə uduzduqları oyundan (2:3) sonra təşkil olunan mətbuat konfransında bildirib ki, 3 illik yeni sözləşməyə imza atıb.

Qeyd edək ki, Avcı 2020-ci ilin noyabr ayından “Trabzonspor”u çalışdırı.