Əfsanəvi futbolçu və baş məşqçi Yohan Kroyffun oğlu Yordi Kroyff "Barselona"nın idman direktoru vəzifəsinə dəvət edilib.
"Footbal-plus.az" klubun rəsmi saytına istinadən xəbər verir ki, Kroyff ötən mövsüm Kataloniya komandasına beynəlxalq futbol departamentinin direktoru kimi qoşulmuşdu.
Ancaq Xavinin istəyi ilə Yordi idman direktoru vəzifəsinə dəvət edilib.
48 yaşlı futbol adamı “Barselona”da futbolçu kimi bu komandada oynayıb.