Tanınmış xanım şahmatçıya vəzifə verildi

7.06.2022 15:10 465
İdman
Sumqayıt Olimpiya İdman Kompleksinin yeni direktoru müəyyənləşib.

“Football-plus.az” saytı xəbər verir ki, Azərbaycanın məşhur şahmatçısı Zeynəb Məmmədyarova rəhbər vəzifəyə təyin edilib. 39 yaşlı qrossmeyster bu postda iki aya yaxındı vəzifəsini tərk edən Natiq Əliyevi əvəzləyib. Əliyevin müavini olan Bəylər Mirzəyev isə Kürdəxanı Olimpiya Kompleksinin direktoru vəzifəsinə təyinat alıb.

RƏŞAD