Liqaların püşkü atıldı

13.09.2022 14:11 374
Ölkə futbolu
Bu gün Bakı İdman Sarayında Yüksək, Birinci və İkinci Liqalarda 2022-23-cü il mövsümünün püşkü atılıb.

Football-plus.az xəbər verir ki, əvvəlcə gecə saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan – Ermənistan dövlət sərhəddində törədilmiş genişmiqyaslı təxribatın qarşısı alınan zaman şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca hər 3 liqada I turun püşkü atılıb, federasiyanın meneceri Eldəniz Yusubov və yarışların təşkil üzrə baş mütəxəssis Xosrov Məmmədov klub nümayəndələrinin suallarını cavablandırılıb.

Yüksək Liqa, 1-ci tur

26 sentyabr

Baku Fire – Neftçi İK

U-19 – Record cklub.az

Araz-Naxçıvan – Alyans (Lənkəran)


Birinci Liqa, 1-ci tur

13-14 oktyabr

Baku Fire-2 – Şamaxı

Alyans Qrup – STAR kargo

VİFLY – Şuşa

Standard – U-17

Dəstə Ordubad – ADBTİA


İkinci Liqa, 1-ci tur

16 oktyabr

Dalğa – Advokat

Timsport – Zəngilan

Rəvan – Baku Fire-3

Metropoliten – Xan-Lənkəran

Çinar Zəngilan - Flaqman

Qeyd edək ki, Yüksək Liqada komandalar 4, Birinci və İkinci liqalarda isə 2 dövrədə mübarizə aparacaq. Əsas mərhələni ilk 4 sırada başa vuracaq iştirakçılar pley-off oyunlarına yüksələcək. Lider dördüncü, ikinci pillənin sahibi isə üçüncü yerdə qərarlaşan komanda ilə üz-üzə gələcək. İki qələbə qazanan komandalar finala, məğlub olan iştirakçılar isə üçüncü yer uğrunda oyunda iştirak edəcək. Final və üçüncü yer uğrunda qarşılaşma bir oyundan ibarət olacaq.