Dünya çempionatında daha 2 güləşçimiz mübarizəyə başlayır

14.09.2022 12:13 330
İdman
Serbiyanın paytaxtı Belqraddakı güləş dünya çempionatı davam edir

"Football-plus.az" xəbər verir ki, Azərbaycanın daha 2 qadın güləşçisi bu gün mübarizəyə başlayacaq. Jalə Əliyeva (57 kq) 1/8 finalda Culiya Oliveyra (Braziliya) ilə üz-üzə gələcək. Alyona Kolesnik (59 kq) 1/4 finalda Ebru Dağbaşı (Türkiyə) / Sakura Motoki cütünün qalibi ilə güləşəcək.

Leyla Qurbanova (53 kq) və Elis Manolova (65 kq) təsəlliverici qarşılaşmada iştirak edəcək. Qurbanova Vineş Vineş (Hindistan) / Juldiz Eşimova (Qazaxıstan) duelinin güclüsü ilə, Manolova isə Aslı Demirlə (Türkiyə) qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) qızıl, Ülvi Qənizadə (72 kq) gümüş, Taleh Məmmədov (63 kq), Həsrət Cəfərov (67 kq) və Arif Niftullayev (97 kq) bürünc medal qazanıb. Yığma yekunda 118 xalla komanda hesabında 2-ci yeri tutub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul