Azərbaycanın daha iki qadın güləşçisiSerbiyanın paytaxtı Belqraddakı dünya çempionatında mübarizəyə başlayıb.
Football-plus.az xəbər verir ki, 53 kq çəkidə Leyla Qurbanova 1/8 finalda Yuliye Leorda (Moldova) ilə qarşılaşıb və 5:1 hesabı ilə qalib gəlib. Ancaq o, 1/4 finalda Xulan Batxuyaq (Monqolustan) ilə görüşdə qolundan xəsarət alıb. Qurbanova qarşılaşmaya davam edə bilmədiyi üçün qələbə rəqibə verilib. İdmançımız zədələndiyi an 1:4 hesabı ilə geridə olub.
63 kq-dakı Elis Manolova isə 1/4 finalda çinli Jia Lonqa 3:6 hesabı ilə uduzub.