“Barselona” oyunçusu ilə razılığa gəldi

11.09.2022 14:39 306
Dünya futbolu
“Barselona” rəhbərliyi daha bir oyunçu ilə razılığa gəlib.

Qavi ilə yeni müqavilə üzrə aparılan danışıqlar müsbət nəticələnib. “Marka” qəzeti tərəflərin tezliklə müqaviləni yeniləyəcəyini xəbər verib. Klub bir müddət əvvəl 18 yaşlı yarımmüdafiəçiyə 5 illik yeni təklif irəli sürmüşdü.