Azərbaycan millisindən erkən vida

10.09.2022 10:42 375
İdman
9-11 sentyabr tarixlərində Avstriyanın Qrats şəhərində keçirilən 3x3 basketbol idman növü üzrə Avropa kubokunda qrup oyunları baş tutub.

Football-plus.az xəbər verir ki, Amil Həmzəyev, Zaur Paşayev, Endar Poladxanlı və Cəbrayıl Əkbərovdan ibarət 3x3 basketbol yığmamız D qrupunda Belçika və Niderland komandaları ilə qarşılaşıb.

Millimiz Belçika yığmasına 13-14, Niderland seçməsinə isə 6-22 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıb.