Fərqli şüarlar arasında "Qurban, Qurban" sədaları da eşidilirdi. Bununla onlar komandanın gənc və fəallığı ilə seçilən futbolçusu Qurban Səfərovdan matçın axarını dəyişə biləcək qol vuracağını gözləyirdilər. Azarkeşlərin bu addımı ilə bağlı sentyabrın 5-də 18 yaşını tamamlayan futbolçunun reaksiyasını öyrəndik:
"Azarkeşlərimiz sağ olsunlar, bizə çox dəstək olurlar. Baxmayaraq ki, 5 oyunda cəmi 1 heç-heçə etmişik, yenə də oyunlara gəlir, dəstəklərini əsirgəmirlər. Nəinki stadionda, sosial şəbəkələrdə də bizə çox dəstək olurlar, uduzanda yazırlar ki, "kefinizi pozmayın". Bu da mənə əlavə motivasiya verir. Biz də çalışacağıq ki, onları qələbə ilə sevindirək. Öz adımdan bir daha azarkeşlərimizə təşəkkür edirəm".


