Nurlanın taleyi oktyabra qaldı

8.09.2022 21:50 286
Ölkə futbolu
İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ”ın mətbuat xidmətinin sabiq rəhbəri Nurlan İbrahimovla bağlı qərarı növbəti dəfə təxirə salıb.

Onun vəkili Fərid Haqverdiyev bu haqda sosial şəbəkə hesablarında paylaşım edib. CAS qərarın verilmə tarixini oktyabrın 13-dək uzadıb. Əslində isə qərar sentyabrın 11-də açıqlanmalıydı.

Xatırladaq ki, UEFA 44 günlük Vətən müharibəsi zamanı "feysbuk" hesabında ermənilərlə bağlı paylaşımına görə Nurlan bəyi futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” isə 100 min avro cərimələnib. İbrahimov ötən il yanvarın 19-da Ağdam təmsilçisindən ayrıldığını açıqlayıb. CAS qərarın açıqlanmasını daha əvvəl 7 dəfə təxirə salıb. Səbəbkar da “feysbuk” hesabında yeni təxirəsalmaya münasibət bildirib:
“CAS 8-ci (!) dəfə qərarı açıqlamağı təxirə saldı, bu dəfə oktyabrın 13-nə. Ümid sonda ölür, ölməyəcək. CAS, sən ədaləti bərpa edəcəksən. Ümid qədər inanıram sənə”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul