Qərb derbisinin biletləri iki manatdan satılır

8.09.2022 21:30 320
Premyer-liqa
Üçoyunluq fasilədən sonra yenidən doğma azarkeşləri önünə çıxacaq “Turan Tovuz” Qərb derbisində “Kəpəz”lə üz-üzə gələcək.

Artıq biletlər də satışa çıxarılıb. Tovuz klubunun yaydığı məlumata görə, qiyməti 2 manat olan biletləri stadionun kassalarından əldə etmək mümkündü. Bununla yanaşı, 59 manat ödəməklə mövsümlük bilet əldə etmək və “Turan Tovuz”un bütün ev oyunlarını stadionun ən yaxşı yerlərinin birindən izləmək imkanı da qazanmaq mümkündü. Həmin şəxslərə klubun atributları da təqdim olunacaq.