Levandovski het-trikini həyat yoldaşına həsr etdi

8.09.2022 15:30 364
Dünya futbolu
"Barselona"nın futbolçusu Robert Levandovski Çempionlar Liqasının qrup mərhələsinin 1-ci turunda "Viktoriya" (Plzen, Çexiya) ilə görüşdəki het-trikini həyat yoldaşına həsr edib.

"Football-plus.az" UEFA-nın saytına istinadən xəbər verir ki, bu barədə 34 yaşlı hücumçu özü açıqlama verib. Robert deyib:

"Bu gün həyat yoldaşımın ad günüdü. Bütün qollar onun üçün idi. Həyat yoldaşımın ad günündə stadionda olması mənim üçün çox əlamətdar və vacibdi”.


Qeyd edək ki, "Barselona" "Viktoriya"ya 5:1 hesabı ilə qalib gəlib.