“Bundan əlavə motivasiya lazım deyil” - Marko Veşoviç

7.09.2022 22:05 427
Manşet / Avropa Liqası
Sabah Avropa Liqasında qrup mərhələsinə start veriləcək.

Təmsilçimiz “Qarabağ” səfərdə Almaniyanın “Frayburq” klubu ilə qarşılaşacaq. Oyundan öncə ağdamlıların futbolçusu Marko Veşoviç mətbuat konfransında iştirak edib. O, fikirlərini bölüşüb:

“Sabahkı oyunu həvəslə gözləyirik. Bu oyuna hazırıq. “Frayburq” Bundesliqanın lideridi. Onların oyunlarını izləmişik. Analiz etmişik. Artıq 8 oyun keçirmişik. Avropa təcrübəmiz var. Yaxşı oynamağa çalışacağıq. Bilirik ki, rəqib “Böyük beşlik” liqalarından birində liderdi. Bundan əlavə motivasiya lazım deyil. Qarşılaşmaya tam hazır və motivasiyalıyıq”.


İLKİN SULTANLI