"Rəqibin heyətində fərdi keyfiyyətləri yaxşı olan çoxlu futbolçu var. "Qarabağ" bura yüksək motivasiya ilə gəlib və meydanda var gücləri ilə mübarizə aparacaqlar" - bu sözləri "Frayburq"un italiyalı yarımmüdafiəçisi Vinçentso Qrifo evdə "Qarabağ"a qarşı keçirəcəkləri Avropa Liqasının ilk tur matçından öncə mətbuat konfransında deyib. O, Azərbaycan çempionuna hörmətlə yanaşdıqlarını bildirib: "Amma rəqibdən çəkinmirik. Mütləq stressli oyun olacaq. Gözləntilər böyükdür. Heyətimizdə milli üzvləri var ki, onlar bu ritmi bilirlər. Olduqca xoşbəxtik. Ötən mövsüm mübarizə apardıq ki, cümə axşamı günlərində divanda oturub avrokubok matçlarını seyr etməyək".