Markos Alonso çoxdankı arzusuna çatdığı üçün çox xoşbəxtdi.
Bir neçə gün əvvəl “Çelsi” ilə müqaviləsini pozan müdafiəçi “Barselona”ya keçidini belə dəyərləndirib:
“Çox xoşbəxtəm. Nəhayət ki, burdayam. Beynimdə yalnız “Barsa” vardı. Bu kluba çoxdan gəlmək istəyirdim. Doğru addım atdığımı düşünürəm. Hə, məşqçi ilə bir neçə dəfə söhbət etmişəm. Yeni komandaya faydalı olmağa çalışacağam. Artıq bu planda az da olsa təcrübəyə malikəm. Bu təcrübəni komanda üçün sərf etməliyəm. Atamın vaxtilə formasını daşıdığı komandada oynamaq asan deyil (Markosun atası “Barselona” ilə 6 titulun sahibi olub – red.). Sözsüz, bu, bu komandaya gəlmək üçün mövcud olan daha bir ciddi amil idi. İndi atam da sevinir. Biz hadisələrin belə axarını təsəvvür edə bilməzdik. Vaxtilə atamın məni “Nou Kamp”da oyun izləməyə gətirdiyi anları yaxşı xatırlayıram. Burda qərar tutmaq, sadəcə, inanılmazdı…”