"Sumqayıt"dan 7 ilin antirekordu

5.09.2022 12:56 356
Premyer-liqa
“Sumqayıt”ın Misli premyer-liqasındakı qolsuz oyunlar seriyası 5-ə çatıb.

"Football-plus.az" xəbər verir ki, Aleksey Baqanın komandası 5-ci turda “Neftçi”nin qapısına yol tapa bilməyib – 0:3.

“Gənclik şəhəri” mövsümün qol vurmayan yeganə komandasıdı. Ümumiyyətlə, son 7 mövsümdə ilk dəfə bir komanda startdakı 5 qarşılaşmada qol vurmayıb.

Belə uğursuzluqla üzləşən sonuncu komanda AZAL olub. Bakı klubu 2015/16 mövsümündə belə duruma düşüb. Lakin 2 xalı olan sumqayıtlılardan fərqli olaraq “təyyarəçilər” 5 oyunun hamısında uduzub.

Qeyd edək ki, “Sabah”a 0:3, “Qarabağ”a 0:2 hesabı ilə məğlub olan “Sumqayıt” “Zirə” və “Turan Tovuz”la qolsuz sülhə imza atıb.