"Kəpəz"dən 7 ilin antirekordu

2.09.2022 12:08 336
Ölkə futbolu / Premyer-liqa
Misli Premyer Liqasının V turunda “Qarabağ”ı qəbul edən “Kəpəz” 0:1 hesabı ilə uduzub.

"Football-plus.az" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Gəncə təmsilçisinin mövsümdə 5-ci məğlubiyyəti olub.

Qərblilər son 7 mövsümün antirekorduna imza atıb. Bu müddətdə “Kəpəz”dən başqa heç bir komanda ilk beş turu xalsız başa vurmayıb.

Bu taleyi yaşayan sonuncu komanda AZAL olub. Bakı təmsilçisi 2015/16 mövsümünün əvvəlində beş yenilgini sıralayıb.

“Kəpəz” də tarixinin ən uğursuz startına imza atıb. Qərblilər heç vaxt ilk 5 oyunda uduzmamışdı. 2012/13 mövsümünə 4 məğlubiyyətlə başlayan gəncəlilər beşinci görüşdə qələbə qazanmışdı.