"Sumqayıt" tarixində bir ilk

23.05.2022 09:46 538
Premyer-liqa
“Sumqayıt” premyer-liqada ən böyükhesablı qələbəsini qazanıb.

"Football-plus.az" xəbər verir ki, Aleksey Baqanın yetirmələri 28-ci turda “Səbail”i 5:0 hesabı ilə məğlub edib.

“Gənclik şəhəri” təmsilçisi tarixində ilk dəfə premyer-liqa oyununda 5 qol vurub. Sumqayıtlılar bununla da ilk dəfə 5 top fərqli qələbəyə imza atıb.