AFFA 3 şəhəri əhatə edən çempionat keçirəcək - ÖZƏL

26.07.2022 19:58 619
Ölkə futbolu / Manşet
Azərbaycanda aşağı yaş qrupları üzrə liqalar nə vaxt start götürür?

"Football-plus.az" saytı olaraq bu suala aydınlıq gətirmək üçün AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların Təşkili Departamentinin rəhbəri Yusif Vəliyevlə əlaqə saxladıq. Onun açıqlaması belə oldu:

“Yığmaların oyunlarını nəzərə alaraq aşağı yaş qruplaı üzrə liqaları bir az tez start götürəcək. Avqustun 13-də U-17 və Gənclər Liqası, 20-də U-15 ilə U-16 liqasının, sentyabrın 1-ci və ya 2-ci həftəsindən isə qalan yaş qrupların çempionatları başlayacaq”.


Yusif bəy yeni mövsümdən daha bir liqanın başlayacağını da söylədi:

"Yeni mövsümdə U-8 liqası da start götürəcək. Yarış sentyabrın sonlarında başlayacaq. U-8 liqasının özəlliyi o olacaq ki, respublikanın hər şəhərində yox, Bakı, Sumqayıt və Gəncəni əhatə edəcək"


ABDULLA İSMAYILOĞLU