• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Ayaks” Antonini satmağa məcbur oldu - TƏHLİL

Dünya futbolu

2-09-2022, 21:0

“Mançester Yunayted” “Ayaks”ın 22 yaşlı vingeri Antoninin transferini açıqlayıb.

Nüfuzlu media qurumları və insayderlər kosmik transfer məbləğindən bəhs edir – 100 milyon avro (95+5). Bu, Niderland çempionatı tarixində satış rekordudu.

MY bir “transfer pəncərəsi”ndə alış məbləğinə görə klub rekordunu yeniləyib. Artıq 225 milyon funt xərcləyən mankunianlar əvvəllər 150 milyondan yuxarı qalxmamışdı. Antoni bu yayın 5-ci transferidi. Ona qədər komandaya Tirell Malasia, Kristian Eriksen, Lisandro Martines və Kazemiro gəlmişdi. Hələ “Nyukasl”dan qapıçı Martin Dubravkanın da bu kampaniyaya qoşulacağı gözlənilir.

Yeni baş məşqçi Erik ten Haq iyundan bəri rəhbərlikdən yaxşı tandığı vingerin transfer olunmasını xahiş edirdi. “Ayaks” isə liderlərindən biri ilə vidalaşmaq fikrində deyildi. “De Telegraaf”a inansaq, amsterdamlılar mançesterlilərin ən azı üç ciddi təklifini geri çevirib. Sonuncu təklifdə 90 milyon avro rəqəmi yer almışdı. “Ayaks”ın baş məşqçisi Alfred Şryoder şayiələri belə şərh etmişdi:

“Güman edirəm ki, klub Antonini satmayacaq. İndi ağlagəlməz pullar verirlər, ancaq daha bir oyunçumuzu satsaq, sevinməyəcəm. Maliyyə baxımından hər şey yaxşıdı. Antonini anlayıram. Ancaq sən “Ayaks”ın şərəfini qoruyursan və biz Çempionlar Liqasında oynayırıq. Düşünmürəm ki, MY bununla öyünə bilər”.


Göründüyü kimi, “Ayaks” braziliyalını saxlaya bilmədi. Və burda söhbət təkcə puldan getmir.

Antoni buraxılmasını istədi

Bəlkə də “Ayaks” hər yeni təklifi geri çevirməyə hazır idi, ancaq məsələyə futbolçu özü qoşuldu. O, məşhur insayder Fabritsio Romanoya verdiyi müsahibədə, nəhayət, buraxılmasını istədi:
“Klub rəhbərliyi ilə görüşdə yenə məni buraxmalarını xahiş etdim. Bu dəfə masanın üzərində daha ciddi təklif var. “Ayaks” imtinanı belə əsaslandırır ki, mənə əvəzedici tapmaq üçün cəmi 5 gün var və bu müddətdə yaxşı variant tapmaq çətindi. “Ayaks”dan, sadəcə, məni buraxmağı xahiş etmirəm. Bir erediviziya oyunçusu üçün rekord sayılacaq qiymətə satılmağımı xahiş edirəm. Fevraldan bəri bunun üzərində dayanmışam. “Transfer pəncərəsi” dövründə görüşlərimiz davam edib. “Ayaks”dan müqavilə müddətini uzatmaqla bağlı təklif almışam. Ancaq bir daha anlatmışam ki, getmək istəyirəm. Adamlar məni dinləməli və anlamalıdılar ki, motivasiyam məni xoşbəxtliyə aparır. Mənə ən yüksək səviyyədə çıxış etmək lazımdı”.


Problem ondadı ki, “Ayaks” həqiqətən də Antoniyə əvəzedici tapmayıb. “De Telegraaf” yazır ki, amsterdamlılar imkan daxilində ucuz qiymətə “Çelsi”dən Hakim Ziyeşi qaytarmağa çalışıb. Londonluların futbolçuya görə 37 milyon avro tələb etməsi ilk baxışdan “Ayaks”ın gözünü qorxudub. Ancaq Antoninin satışından sonra pul var, yəni Ziyeşin dönüş ehtimalı artıb.

“Ayaks”da ilyarım oynadı

“Ayaks” 2020-nin qışında 19 yaşlı Antonini “San-Paulu”dan 20 milyon avroya (üstəgəl bonus şəklində 5 milyon) aldı. Nə qədər qəribə olsa da, niderlandlılar onu məhz Ziyeşin əvəzedici kimi almışdı – cəmi ilyarım sonra dairə tərsinə fırlanır.

Heç də hamı belə bahalı transferə sevinmirdi. Marko van Basten sınanmış lider əvəzinə sirli yeniyetmə üçün bu qədər pul xərclənməsinə görə klub rəhbərliyini açıq şəkildə tənqid etmişdi:
“Ayaks”da adamların ağzı böyükdü: deyirlər ki, möhtəşəm akademiyamız var, ancaq sonra gənc oyunçu üçün böyük məbləğ xərcləyirlər. Nəsə qaydasında getmir. Sinənə döyüb akademiyanı tərifləyirsənsə, gənc braziliyalını 25 milyona almaq absurddu. Akademiyası “Ayaks”ın əsas dəyəridi, pulu isə gəncləri yönəldəcək adama xərcləmək lazımdı. Gənclərlə başqaları arasında balans olmalıdı”.


Ancaq Antoni bütün bu tənqidlərə fikir vermədi. Artıq bir il sonra nəhənglər onunla maraqlanmağa başladı – PSJ və Leonardo “Ayaks”ı hamıdan çox sıxırdı. Braziliyalını buraxmaqdan imtina edən Ten Haq rəhbərlikdən hətta ən kosmik məbləğləri belə geri çevirməsi istəmişdi. Ten Haq ötən ilin noyabrında braziliyalıya tərif yağdırırdı:
“Qeyri-adi oyunçudu. Antoni oyun planında hələ böyüməlidi. Onunla söhbətdə demişəm ki, asan oyunlarda da güc qoymalıdı. Antoni top səviyyəli rəqiblərlə oyunlara köklənir. Ancaq hər həftə ÇL-də və ya PSV-yə qarşı oynamır ki. Belə davam etsə, ona maaşının yarısını vermək lazımdı. Antoni hər oyunda can qoymaldı”.


Düzdü, Antoni bu il ÇL-də oynaya bilməyəcək. Ancaq premyer-liqada da onu böyük rəqiblər və ciddi sınaqlar gözləyir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

29-08-2022, 15:0

“Mançester Yunayted” "Ayaks"ın futbolçusu üçün 100 milyon verir

Dünya futbolu

19-07-2022, 14:0

"Mançester Yunayted"də universal müdafiəçi

Dünya futbolu

23-08-2022, 17:0

"Mançester Yunayted" 90 milyon avro ödəyəcək

Dünya futbolu

15-08-2022, 20:0

"Ayaks" futbolçusunu "Mançester Yunayted"ə satmaqdan imtina etdi

Dünya futbolu

7-08-2022, 20:0

Lukka “Ayaks”ın tarixinə düşdü

Dünya futbolu

15-07-2022, 18:0

"Mançester Yunayted" "Ayaks"ın futbolçusunu transfer etdi

Aktual
"Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
“Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
"Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
"Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
Son xəbərlər
  • Bu gün, 11:02
    Futbol hoqqabazlığı sevmir və bağışlamır!
  • Bu gün, 10:31
    Klubu ilə yenidən anlaşdı
  • Bu gün, 10:00
    Fərid Nəbiyev "İmişli"də
  • Bu gün, 07:48
    1/4 final cütləri müəyyənləşdi - DÇ gecəsi
  • Dünən, 23:49
    "Sabah"ın potensial rəqiblərinin matçında da iki qol, bir "qırmızı"
  • Dünən, 23:24
    "Komandamdan daha çox qol gözləyirdim" - Valdas Dambrauskas
  • Dünən, 23:01
    Messi də 1/4 finalda oynayacaq! - DÇ gecəsi
  • Dünən, 22:24
    "Evdə daha güclü komandalara qarşı yaxşı nəticələr qazanmışıq" - "Nyu Seynts"in baş məşqçisi
  • Dünən, 22:06
    "Qarabağ" ölkə futbolunun ən bahalı satışını reallaşdırır! - bu oyunçu gedir
  • Dünən, 21:59
    "Sabah" Çempionlar Liqasına qələbə ilə başladı - YENİLƏNİB
  • Dünən, 21:17
    "Şəfa"nın hazırlıq planı dəyişdi
  • Dünən, 20:46
    Millimizin rəqibləri məlum oldu - Avropa Kuboku
  • Dünən, 20:15
    Mustafa daha iki il "Araz-Naxçıvan"da
  • Dünən, 19:46
    “İmişli”də yeni məşqçi təyinatı
  • Dünən, 19:00
    “Sabah” - "Nyu Seynts": START HEYƏTLƏRİ
  • Dünən, 18:38
    “Sabahkı matçda rəqibə sürpriz hazırlamışıq” - Komnen Andriç
  • Dünən, 18:20
    “Rəqibi yaxşı təhlil etmişik, Azərbaycan liqasını izləmişik” – almaniyalı çalışdırıcı
  • Dünən, 18:10
    “Qarabağ” yeni formalarını təqdim etdi
  • Dünən, 17:51
    Dünya çempionatında rekordçu oldu
  • Dünən, 17:20
    Rodri Portuqaliyanın hansı futbolçusundan üzr istədi?
  • Dünən, 16:59
    “Hazırlıq üçün az vaxt oldu” - Rəşad Sadıqov
  • Dünən, 16:27
    "Qəbələ"də növbəti ayrılıq
  • Dünən, 16:10
    Premyer-liqanın püşkü nə vaxt atılacaq?
  • Dünən, 15:56
    "Nyu Seynts"i məğlub etmək məsələsi sual altındadı" - Diniyev "Sabah"ın şansını dəyərləndirdi
  • Dünən, 15:42
    ''Fənərbaxça'' tarixinin ən bahalı transferini tamamladı?
  • Dünən, 15:14
    Üç muşketyor başlayır!
  • Dünən, 14:56
    "Sabah" cütün aşkar favoritidi! - bukmekerlər belə deyir...
  • Dünən, 14:43
    “Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
  • Dünən, 14:01
    “Qarabağ” - “Vestri” oyununa nə qədər bilet satılıb?
  • Dünən, 13:46
    "Nyu Seynts"dən "Sabah"a qarşı həmlə - son anda öz yetirməsini transfer etdi
  • Dünən, 13:24
    AFFA prezidenti komandalarımıza uğurlar arzuladı
  • Dünən, 13:05
    Qritseviçlə Jitari təcrübəsiz, Hüytiya təcrübəlidi...
  • Dünən, 12:53
    “Sabah” püşkatmada üçüncü səbətdə yer alacaq
  • Dünən, 12:39
    “Xankəndi” üç futbolçusu ilə vidalaşdı
  • Dünən, 12:08
    Amin Ramazanov "Sabah"da
Daha çox
Oxunub: 317
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 204
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 132
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 129
Axırıncı dəfə olsun, Elvin!
Oxunub: 129
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə