“Qalatasaray”la “Sabah”ın ardından ÇL-də daha bir türk komandası - 18 ildən sonra!

27.08.2026 00:57 25
Aktual / Çempionlar Liqası
Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin daha 4 cavab oyunu keçirilib. Təbii ki, “Lion” – “Fənərbaxça” oyununun nəticəsi azərbaycanlı azarkeşlərdə daha böyük maraq doğururdu. İstanbulda 1:1 hesabı qeydə alınmışdı. Lionda keçirilən və artıq başa çatan oyunda “sarı-lacivərdlilər” 2:1 hesabıyla qələbə qazandı. “Fənərbaxça” 18 ildən sonra qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsində oynayacaq! Deməli, ÇL-də “Qalatasaray”la “Sabah”ın ardından daha bir türk komandası olacaq!
Lion (Fransa) - Fənərbaxça (Türkiyə) 1:2
Malik Fofana, 61 - Vedat Muriqi, 24. Arçi Braun, 28.