Elçin Məsiyev "Rapid"in oyununda

26.08.2026 20:10 2
Ölkə futbolu
Elçin Məsiyev Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Rapid” (Avstriya) - “Harts” (Şotlandiya) qarşılaşmasının baş hakimi olacaq.

"Football-plus.az" xəbər verir ki, AFFA-nın məlumatına görə, ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Fərid Hacıyev yerinə yetirəcək. Fransalı Villi Delajo VAR hakimi, digər referimiz Nicat İsmayıllı isə VAR hakiminin köməkçisi kimi fəaliyyət göstərəcək.

Görüş sabah Vyana şəhərində yerləşən “Weststadion” stadionunda keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul