Voleybol yığmamız Belçikaya müqavimət göstərə bilmədi

26.08.2026 20:25 3
İdman
Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatı davam edir.

Bu gün C qrupu çərçivəsində daha iki oyun keçirilib. Günün ilk oyununda İspaniya Portuqaliyaya uduzub – 1:3 (26:24, 23:25, 19:25, 20:25).

Günün ikinci oyununda Azərbaycan və Belçika yığmaları qarşılaşıb. İlk üç oyunda qalib gələn yığmamız, təəssüf ki, bu dəfə məğlubiyyətlə barışıb – 0:3 (19:25, 22:25, 23:25). Faiq Qarayevin rəhbərlik etdiyi komanda 3-cü setdə 6 xal önə çıxsa da, üstünlüyü qoruya bilməyib. Turnir cədvəlində durum belədi:

1. Belçika 4 4 0 12-2 11
2. Niderland 3 3 0 9-2 8
3. Azərbaycan 4 3 1 9-6 8
4. Portuqaliya 4 1 3 4-10 3
5. Rumıniya 3 0 3 4-9 2
6. İspaniya 4 0 4 3-12 1

Sabah turnirdə Niderland – Belçika, Portuqaliya – Rumıniya oyunları keçiriləcək. Yığmamız isə son oyuna avqustun 28-də çıxacaq. Həmin gün rəqib Niderland olacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul